AZ

Arda Turan "Beşiktaş" ilə matçdan öncə Neymardan nə istəyib?

Arda Turan UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində baş məşqçisi olduğu Donetsk “Şaxtyor”u ilə "Beşiktaş" arasında keçiriləcək cavab qarşılaşması ərəfəsində maraqlı addımla gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, o, Neymar ilə əlaqə saxlayaraq komandasının heyətində yer alan üç gənc braziliyalı futbolçuya motivasiya verməsini istəyib.

Neymar da bu istəyə müsbət cavab verərək Kevin, Alisson və Eguinaldo ilə danışıb, onlara uğurlar arzulayıb.

Bu barədə məlumatı türkiyəli jurnalist Sərtan Akkoyun yayıb.

Bu jest həm Turanın psixoloji məqamlara münasibətini bir daha ortaya qoyub.

Qeyd edək ki, Neymarın bu dəstəyi sosial mediada böyük maraqla qarşılanıb və futbolçular üçün böyük motivasiya mənbəyinə çevrilib. Tərəflərin ilk qarşılaşması "Şaxtyor"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Kamil Xudiyev

Seçilən
10
fanat.az

1Mənbələr