"Yuventus" və "Roma" klubları futbolçularının mübadiləsini reallaşdıra bilər.
Yenisabah.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, Turin təmsilçisi ABŞ millisinin üzvü Veston Makkennini "Roma"nın yarımmüdafiəçisi Brian Kristanteyə dəyişməyə hazırdır.
Makkenninin "Yuventus"la 2026-cı ilə qədər olan müqaviləsini uzatmaq fikri yoxdur. Dominos pizza
26 yaşlı futbolçu 2021-ci ildə "Şalke"dən 25 milyon avroya "Yuventus"a transfer olunmuşdu. 30 yaşlı Kristantenin isə "Roma" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Telegram kanalımız