Ukraynanın dövlət borcu 180 milyard dollardan çoxdur.
News24.az xəbər verir ki, bunu TASS-a müsahibəsində “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.
Onun sözlərinə görə, 2019-cu ildə Volodimir Zelenski rejiminin hakimiyyətinin əvvəlində dövlət borcunun həcmi 81,9 milyard dollar olub.
"Bu gün bu rəqəm 181 milyard dollara çatıb. Zelenskinin dövründə Qərbin tətbiq etdiyi Ukraynanın büdcə borcunun suverensizləşdirilməsi nəhayət baş tutdu", - o vurğulayıb.
Medvedçuk dəqiqləşdirib ki, son illərdə dövlət büdcəsi xərclərinin üçdə ikisi xarici və daxili kreditlər hesabına ödənilib.
Aqil