Yeni mövsümə hazırlaşan "Kəpəz" və "Şamaxı" komandaları arasında yoxlama matçı keçirilib.

Offsideplus.az xəbər verir ki, oyun hər iki klubun təlim-məşq toplanışı keçdiyi Qəbələ şəhər stadionunda baş tutub.

"Şamaxı" bu görüşdə 6:1 hesablı qələbə qazanıb. Ayxan Abbasovun yetirmələrindən Rossi, Şuaybu, Süleymanov, Apolinario və Balau (2 dəfə) fərqləniblər.

"Kəpəz"in təsəlli qolunu isə ikinci hissədə meydana çıxan Fərid Kələntərov vurub.

Qeyd edək ki, Gəncə təmsilçisi mövsümlərarası fasilədə ardıcıl ikinci yoxlama matçında uduzub. "Kəpəz" bundan öncə "Qəbələ" ilə bacarmamışdı (0:2).