AZ

Tramp münaqişə müddətində Tailand və Kamboca ilə sazişlər bağlamaqdan imtina etdi

BAKI, 26 iyul. TELEQRAF

ABŞ Tailand və Kamboca arasında silahlı münaqişə davam etdiyi müddətdə bu dövlətlərlə ticarət sazişləri bağlamayacaq.

Teleqraf xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

Qeyd edək ki, iyulun 24-də səhər saatlarında Tailand və Kamboca arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib. Tailand hökuməti Kamboca ilə sərhəd məntəqələrini bağlayıb. Daha sonra tərəflər arasında qarşıdurmalar başlayıb.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr