Ağdam rayonunun Xıdırlı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ağdam-Xankəndi yolunda hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub.
Nəticədə beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal əraziyə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.