AZ

"Yuventus"la "Roma" futbolçu mübadiləsi edə bilər

style='margin-bottom:10px;'>

"Yuventus" və "Roma" klubları futbolçularının mübadiləsini reallaşdıra bilər. 

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Turin təmsilçisi ABŞ millisinin üzvü Veston Makkennini "Roma"nın yarımmüdafiəçisi Brian Kristanteyə dəyişməyə hazırdır. Makkenninin "Yuventus"la 2026-cı ilə qədər olan müqaviləsini uzatmaq fikri yoxdur.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2021-ci ildə "Şalke"dən 25 milyon avroya "Yuventus"a transfer olunmuşdu. O, ötən mövsüm Turin klubunun heyətində 48 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

30 yaşlı Kristante isə paytaxt klubunun heyətində ötən mövsüm 38 matçda meydana çıxıb və 4 qolun müəllifi olub. Onun "Roma" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
64
1
teleqraf.com

3Mənbələr