Türkiyənin köklü klublarından olan "Fənərbağça" stadion ad hüquqları və Avropa oyunları üçün forma önü sponsoru məsələsində ABŞ-ın məşhur qida brendi "Chobani" ilə böyük bir razılaşma əldə edib.
Fanat.Az xəbər verir ki, klub bu sponsorlardan ümumilikdə 120 milyon avro gəlir əldə edəcək.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
"Fənərbağça" və "Chobani" arasında stadion ad hüquqları üzrə bağlanmış müqavilə 5+5 illik müddəti əhatə edir. Bu razılaşma çərçivəsində klub hər il 10 milyon avro gəlir əldə edəcək. Razılaşmanın ümumi dəyəri 100 milyon avro təşkil edir.
"Chobani" həmçinin "Fənərbağça"nın Avropa turnirlərində geyinəcəyi formaların ön sponsoru olacaq. Bu müqavilə 2+3 illik dövrü əhatə edir və illik 4 milyon avro dəyərindədir. Ümumi dəyəri isə 20 milyon avrodur.
Qeyd edək ki, klub iki böyük sponsorluq müqaviləsi ilə maliyyə baxımından ciddi bir güclənmə əldə etmiş olur.
Kamil Xudiyev