AZ

Yanacaqdoldurma məntəqəsi yaxınlığında ağır qəza - Yaralılar var+Fotolar

Salyanda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Salyan-Noxudlu kənd yolunda qeydə alınıb.

Belə ki, yanacaqdoldurma məntəqəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada “Ford”un sürücüsü xəsarət alaraq rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada yaralananların adları məlum olub.

Onlar rayon sakiləri 1968-ci il təvəllüdlü Şükürova Nailə Əhəd qızı, 2005-ci il təvəllüdlü Rüstəmov Xəyal Nəmət oğludur. Xəstəxanasından verilən məlumata görə, hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Surxay Şahbazov



Seçilən
31
qafqazinfo.az

1Mənbələr