AZ

Rusiyanın caynaqları ...

Güney Azərbaycan türklərinin ən ağrılı məsələlərindən biri də Urmiya gölünün quru(dul)masının davam etməsidir.

Urmiya gölünün bərpası ilə bağlı Yaponiya və İran hökuməti arasında 2024-cü ilin oktyabr ayının əvvəlində razılaşma imzalanıb. Yaponiya tərəfi gölün bərpası üçün əvəzsiz olaraq ilk mərhələdə 4,5 milyon dollar vəsait ödəyib.

Daha sonra Yaponiya hökuməti 2025-ci ilin aprel ayında da yenidən Urmiya gölünün bərpası üçün 3.3 milyon dollar vəsait ayırıb.

Lakin buna baxmayaraq həmin pulların hara xərcləndiyi bəlli deyil. Mollalar yaponlardan həmin pulları təhvil alsalar da, ancaq bu günə kimi gölün bərpası üçün heç bir iş görməyiblər.

Beləliklə, Azərbaycanın təbiət incisi Urmiya gölü getdikcə daha da acınacaqlı vəziyyətə düşür.

Fars-molla rejimi Urmiya gölünün məqsədli şəkildə qurudulmasında iki hədəf güdür:

– Gölün quruması və duzlaşmanın, səhralaşmanın artması nəticəsində ətraf bölgələrdən azərbaycanlıların köçməsinə nail olmaq;

– Gölün yatağındakı nadir, qiymətli təbii sərvətlərin, mineralların Çin, Rusiya və digər ölkələrin şirkətləri ilə birgə mənimsənilməsi...

Görünən budur ki, molla rejimi bu hədəflərinə nail olmaq üçün hər vasitəyə əl atmağa hazırdır.

Mollaları yalnız güneyli soydaşlarımızın etirazları və dünya birliyinin (o cümlədən eko-fəalların) ciddi təzyiqləri dayandıra bilər.

P.S. Maraqlıdır ki, Qreta Tunberq kimi saxta "ekofəal"lar belə kritik məqamlarda gözə dəymirlər.

Seçilən
17
vaxt.az

1Mənbələr