AZ

BMT Təhlükəsizlik Şurasında ABŞ və Çin arasında qalmaqal yaranıb

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

BMT Təhlükəsizlik Şurasının (TŞ) 25 iyul tarixli iclasında ABŞ və Çin arasında gərgin mübahisə yaşanıb. İclas, Ukraynadakı vəziyyətə həsr olunmuşdu.

Bizimyol.info xəbər verir ki, münaqişə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Doroti Şi tərəfindən Rusiyaya göndərilən “ikili təyinatlı” malların ixracının dayandırılması ilə bağlı çağırışının ardından başlayıb. Şi xüsusilə Çin tərəfini bu məsələyə diqqət yetirməyə və Rusiyaya hərbi üstünlük qazandıra biləcək malların ixracını dayandırmağa çağırıb.

Buna cavab olaraq, Çinin BMT-dəki daimi nümayəndəsi Gən Şuan, ABŞ-ı ittiham edərək, belə bir çağırışın konstruktiv olmadığını bildirib: “Biz ABŞ-ı Ukrayna məsələsində günahı digər ölkələrə yıxmaq və qarşıdurma yaratmaqdan çəkinməyə, daha konstruktiv bir rol oynamağa, atəşkəs həmçinin sülh danışıqları istiqamətində yardım etməyə çağırırıq”, - deyib.

Məsələnin daha da gərginləşməsinə səbəb olan, Çin nümayəndəsinin ABŞ-ın Ukraynadakı vəziyyəti öz maraqlarına uyğun şəkildə politizə etməsi ilə bağlı etdiyi iradlar olub.

Vrilən məlumatına görə, BMT Təhlükəsizlik Şurasının iclasını keçirmək üçün çağırışı isə Sloveniya, Danimarka, Fransa, Yunanıstan, Cənubi Koreya və Böyük Britaniya tərəfdarları olub. Bu ölkələr, Ukrayna münaqişəsinin beynəlxalq təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün iclasın keçirilməsini tələb ediblər.

İclasın ardından, tərəflər arasında gərginlik bir qədər də artıb və bu vəziyyət, ABŞ və Çin arasında geosiyasi qarşıdurmanın daha da dərinləşdiyinə işarə edir.

Bu mövzu, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə davam edir və gələcəkdə BMT-nin daha da mübahisəli iclaslarına səbəb ola bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
bizimyol.info

1Mənbələr