AZ

Zaxarova Ukraynada korrupsiyaya qarşı mübarizədən DANIŞDI

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukraynada korrupsiyaya qarşı kvazi mübarizə aparılmır. 

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Gənclər Festivalı Direktorluğunun dövlət idarəçiliyi nümayəndələri üçün keçirilən yay məktəbi zamanı deyib.

O, Ukraynada hökumətin Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğuna təzyiqlərinə qarşı Ukraynada keçirilən etiraz aksiyalarına belə cavab verib.:

“Korrupsiyaya qarşı real mübarizəyə yaxınlaşan heç bir real, hətta kvazi-oxşar proses, Ukraynada analoji proses baş verməyib və ya keçmir”, - Zaxarova bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl demişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski NABU və SAP haqqında qanuna görə yaranmış problemlər fonunda korrupsiyaya qarşı mübarizədən əl çəkməməlidir. Onun sözlərinə görə, Ukrayna liderinin edə biləcəyi “ən pis” iş mübarizədən əl çəkməkdir. O əlavə edib ki, ukraynalılar hazırda vicdanlı Avropa dövləti uğrunda mübarizə aparırlar.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
news24.az

2Mənbələr