AZ

Rusiya Ermənistana qaz nəqlini bərpa etdi

Gürcüstanda qəza-bərpa əməliyyatları başa çatdıqdan sonra Rusiya Federasiyasından Ermənistan Respublikasına təbii qazın tədarükü bərpa edilib.

Publika.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” ın mətbuat xidməti məlumat yayıb.

“İyulun 26-da saat 13:40-da Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində təcili bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılan təbii qazın Ermənistana tədarükü bərpa edilib”, - deyə mətbuat xidmətindən bildirilib.

İyulun 24-də şirkət Gürcüstanda fövqəladə bərpa əməliyyatları ilə əlaqədar iyulun 24-dən 26-dək Rusiyadan Ermənistana təbii qazın nəqlinin müvəqqəti dayandırıldığını elan edib. Həmin vaxt “Qazprom Ermənistan” istehlakçılara qazın nəqlinin heç bir məhdudiyyət olmadan, mövcud ehtiyatlardan və İran İslam Respublikasından gələn qazdan istifadə etməklə normal rejimdə həyata keçiriləcəyinə inandırıb.

Seçilən
22
9
publika.az

10Mənbələr