“İbesta Kafe və Restoran” MMC-də operativ vergi nəzarəti həyata keçirilib.
Valyuta.az xəbər verir ki, nəzarət tədbirinin yekununda pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında akt tərtib olunub.
Akta əsasən “İbesta Kafe və Restoran” MMC-yə 2975,30 manat maliyyə sanksiyası tətbiq edilib.
Hüseyn