Formula 1-də mövsümün 13-cü qran-prisi Belçikada keçirilir.

Offsideplus.az xəbər verir ki, az öncə əsas yarışın təsnifat mərhələsi başa çatıb. "Maklaren"in pilotu Lando Norris sabahkı yarışa hamıdan öndə başlayacaq.

O, karyerasının 13-cü poulunu qazanıb.

2-ci yeri onun komanda yoldaşı və çempionatı lideri olan Oskar Piastri tutub.

3-cü yerdən "Ferrari"nin pilotu Şarl Lekler start götürəcək.

Sprintin qalibi olan Maks Ferstappen burda 4-cü yerlə kifayətlənməli olub.

7 qat dünya çempionu olan Lyuis Hemilton üçün uğursuz həftəsomu davam edir. O, sprintdə olduğu kimi burda da təsnifat mərhələsinin ilk turunu keçə bilməyib. İngilis pilot yarışa 16-cı yerdən başlamalı olub.

Qeyd edək ki, əsas yarış Bakı vaxtı ilə saat 17:00-da etibarən başlanacaq.