AZ

Ağdamda “Pickup” “Shacman”la toqquşdu - Yaralılar var-Yenilənib

Ağdamın işğaldan azad olunmuş ərazisində yol nəqliyyat hadisəsi baş verib, 5 nəfər yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində baş verib.

Baş vermiş hadisə ilə bağlı hadisə yerinə təcili tibbi yardımın 3 avtomobili şəxsi heyətinin birlikdə çıxış edib.

Faktla bağlı araşdırma başlanıb.

***

Vəziyyətləri ağır olduğu üçün 5 nəfər yaralı Bərdə rayon Diaqnostika Mərkəzinə göndəriliblər. 

***

Ağdamda baş verən Xəsarət alanların kimliyi məlum olub:

1981 ci il təvəllüdlü Tağıyev Niyaməddin Tofiq oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Emin Qismət oğlu, 1975-ci il təvəllüdlü Əsgərov Vaqif Nürəddin oğlu, 1976-cı il təvəllüdlü Şükürov Yaşar Vəliyəddin oğlu, 1981-ci il təvəllüdlü Quliyev Cəmaləddin Kərim oğlu.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Seçilən
26
2
qafqazinfo.az

3Mənbələr