AZ

Bədəndə şişkinlik bu 3 səbəbdən ola bilər – Kardioloq xəbərdarlıq edir



Bədəndə yaranan şişkinlik və ödem təkcə ürək xəstəlikləri ilə bağlı olmaya bilər.

Medicina.az xəbər verir ki, kardioloq, anestezioloq-reanimatoloq Anton Vaxlyaevin sözlərinə görə, bu simptomlar müxtəlif orqan sistemlərinin pozğunluqları zamanı da müşahidə oluna bilər.

“Ödemə səbəb olan xəstəliklər çoxdur. Bunlara böyrək patologiyaları, allergik reaksiyalar, limfostaz, onkoloji proseslər və varikoz damar genişlənməsi daxildir.

Həmçinin arterial hipertoniya, koronar ürək xəstəliyi, ürək qapaq qüsurları və iltihabi ürək xəstəlikləri də ödemlə nəticələnə bilər”, – deyə mütəxəssis bildirib.


Həkim qeyd edib ki, əl-ayaq və üzdə yaranan şişkinlik zamanı təkcə ürəkdən şübhələnmək düzgün deyil:

“Bədəndə ödem varsa, kompleks şəkildə müayinələrdən keçmək vacibdir”.

Aygün Musayeva
Medicina.az


Seçilən
4
1
medicina.az

2Mənbələr