AZ

“Real” Vinisiusla razılığa gələ bilmir – səbəb

“Real” futbolçusu Vinisius Juniorla yeni müqavilə danışıqları aparır.

Futbolpress.az xəbər verir ki, tərəflər bir müddətdir, razılığa gələ bilmir. Bu barədə “Cadena SER” məlumat yayıb. Vinisius maaşının artırılmasını istəyir. “Real” isə müəyyən artım etsə də, futbolçunun tam istəyini qarşılamaq niyyətində deyil.

Bu səbəbdən danışıq prosesi ləng gedir.

25 yaşlı hücumçunun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

Seçilən
5
1
futbolpress.az

2Mənbələr