AZ

Tramp Kambocanın baş nazirini Tailandla münaqişəni həll etməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Kambocanın baş naziri Hun Manet ilə telefon danışığı apardığını və bu zaman onu Tailandla münaqişəni həll etməyə çağırdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Truth Social-da yazıb.

"İndicə Kambocanın baş naziri ilə Taylandla müharibəni bitirmək barədə danışdım. Tailandın baş naziri vəzifəsini icra edənə zəng edərək, həmçinin atəşkəs və hazırda davam edən müharibəyə son qoymağı xahiş edəcəm”, – Tramp qeyd edib.

"Tailanda zəng qısa zamanda ediləcək. Kamboca ilə zəng başa çatıb, lakin mən müharibənin dayandırılması və Tailandın dedikləri əsasında atəşkəs barədə yenidən zəng edəcəyəm", - Amerika lideri əlavə edib.

Seçilən
53
5
ucnoqta.az

9Mənbələr