ain.az bildirir, Baku.ws portalına istinadən.
Bakıda ictimai nəqliyyatda problemlər bitib-tükənmir. Buna hər gün redaksiyamıza daxil olan kütləvi şikayətlərdən də görmək olur.
Belə bir şikayətlərdən biri də, Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) Koroğludakı avtobus dayanacağının nasaz olması ilə bağlıdır.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətdə bildirilir ki, E1,M7,1,163 avtobusların dayanacağında qapılar işləmir.
"Dayanacaqların çoxunda problemlər olur. Bu gün də qapılar işləmir. Yayın istisində insanlar zülm çəkirlər", - deyə şikayətdə bildirilib.
Həmin dayanacağın görüntülərini təqdim edirik:
Посмотреть эту публикацию в Instagram
Публикация от @baku.ws_official
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.