AZ

Tailand və Kamboca arasında döyüş əməliyyatları dayandırılıb

BAKI, TurkicWorld

Tailand və Kamboca Silahlı Qüvvələri, sərhəd zonasında yağan güclü yağışlar səbəbindən döyüş əməliyyatlarını müvəqqəti dayandırıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Tailand ordusu bəyanat yayıb.

Bildirilib ki, hər iki ölkənin hərbçiləri əlverişsiz hava şəraitinə baxmayaraq, tutduqları mövqelərdə qalmağa davam edirlər. Yerli vaxtla saat 16:00-a qədər qarşıdurma zonasında vəziyyətin praktiki olaraq dəyişmədiyi qeyd olunub.

Bundan əvvəl bildirilmişdi ki, Tiyland Hərbi Hava Qüvvələrinə məxsus "F-16" və "JAS 39 Gripen" qırıcıları gün ərzində iki dəfə Kamboca ordusunun sərhəd mövqelərinə hava zərbələri endirib.

Qeyd edək ki, Tailand-Kamboca sərhədində silahlı qarşıdurmalar iyulun 24-ü səhər saatlarında, mübahisəli ərazi olan Oddar-Meançey vilayəti yaxınlığında başlayıb. Tayland ordusundan bildirilib ki, Kamboca qüvvələrinin Tailand ərazisində yerləşən yaşayış evləri və xəstəxanalara ağır silahlarla atəş açmasına cavab olaraq qırıcı təyyarələrdən istifadə olunub. Kamboca Müdafiə Nazirliyi isə ordunun Tailand qüvvələrinin hücumlarına cavab olaraq özünümüdafiə çərçivəsində hərəkət etdiyini bəyan edib.

Tayland Səhiyyə Nazirliyinin məlumatına əsasən, qarşıdurmalar nəticəsində azı 14 mülki şəxs və bir hərbçi həlak olub, 46 nəfər isə yaralanıb.

Seçilən
8
turkic.world

1Mənbələr