Bakı. Trend:
Ağdam və Füzuli rayonlarının mürəkkəb relyefli dağlıqərazilərində baş vermiş yanğınlar tamamilə söndürülüb.
Trend xəbər verirki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda Xocavənd rayonunun Yenikənd, Şuşarayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərərayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləriistiqamətində yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraqdavam etdirilir.
Yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət YanğındanMühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki MüdafiəQoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri, eləcə də Aviasiyadəstəsinin helikopterləri cəlb olunub.
Əməliyyatla bağlı əlavə məlumat veriləcək.