AZ

Tramp atəşkəs əldə edilməsi üçün Tailand və Kamboca rəsmiləri ilə danışıb

Vaşinqton, 26 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması ilə bağlı Kambocanın Baş naziri və daha sonra Tailandda Baş nazirin səlahiyyətlərini icra edən şəxslə telefonla danışıb.

AZƏRTAC-ın məlumatına görə, o, davam edən müharibəyə son qoyulmasını və atəşkəs əldə olunmasını tələb edib. “Biz hazırda hər iki ölkə ilə ticarət aparırıq, lakin döyüşlər davam edərsə, bu ölkələrlə heç bir sövdələşmə etmək istəmirik. Mən onlara da dedim”, - deyə Tramp bildirib.

“Tailand Kamboca kimi dərhal atəşkəs və sülh əldə etmək istəyir. İndi mən bu mesajı Kambocanın Baş nazirinə çatdıracağam. Hər iki tərəflə danışdıqdan sonra atəşkəs, sülh və firavanlıq real görünür”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
30
5
azertag.az

9Mənbələr