AZ

Arteta ingilis klublarının transfer bazarındakı fəallığını şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqası klublarının yay transfer bazarındakı fəallığı ilə bağlı fikrini açıqlayıb.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, 43 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim eidr:

“Bütün məsələ rəqabətdədir, siz bunu elə, klublararası dünya çempionatı ərəfəsində gördünüz ki, “Mançester Siti” nə etdi. Biz gördük ki, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” və əlbəttə ki, “Liverpul” nələr etdilər. Odur ki, gördüyünüz kimi, hər bir klub çox, çox fəaldır. Hamı daha da yaxşı olmağa çalışır. Hər şey heyətin keyfiyyətinə, heyətin dərinliyinə dayanır, elə, biz də eynisidir”, deyə Arteta açıqlayıb.

Xatırladaq ki, cari yay transfer bazarlığına “topçular” 157,8 milyon avro məbləğində xərc çəkiblər. “Arsenal” hələ bir neçə keçidi də hədəfə alıb.

Seçilən
8
1
arena.az

2Mənbələr