Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda "Hizbullah" hərəkatının yüksəkvəzifəli qərargah komandirini məhv etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti öz "Telegram" kanalında məlumat yayıb.
"SAXAL Livanın Bint-Cbeyl bölgəsinə zərbə endirərək "Hizbullah" təşkilatının qərargahının komandiri Əli Əbdül-Qadir İsmayılı məhv edib", - deyə məlumatda bildirilir.
SAXAL-ın məlumatına görə, məhv edilən komandir Bint-Cbeildə "Hizbullah"ın gücünü bərpa etmək cəhdlərində iştirak edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.