AZ

Türkiyə nəhəngi Kerem Aktürkoğlu ilə anlaşdı - SON DURUM

Beşiktaş Portuqaliyanın “Benfika” klubunda çıxış edən Kerem Aktürkoğlu ilə razılığa gəlib.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi ulduz futbolçunu heyətinə qatmaq üçün Portuqaliya klubuna 25 milyon avroluq təklif irəli sürüb.

Bu barədə məlumatı türkiyəli jurnalist Ogün Şahinoğlu yayıb.

Hazırda 24 milyon avro bazar dəyəri olan Kerem Aktürkoğlunun son mövsümdəki statistikası da diqqət çəkir:

Portuqaliya Liqası: 30 oyun – 11 qol – 11 assist,

UEFA Çempionlar Liqası 12 oyun – 4 qol – 1 assist

Portuqaliya kuboku: 4 oyun – 1 qol – 1 assist

Qeyd edək ki, "Beşiktaş" rəhbərliyinin bu transferi icarə əsasında rəsmiləşdirməsi gözlənilir.

Kamil Xudiyev

Seçilən
16
1
fanat.az

2Mənbələr