BAKI, 26 iyul. TELEQRAF
İsrailin müdafiə naziri İsrael Katz ölkədəki druz icmasının ruhani lideri Şeyx Muafak Tarifin evini ziyarət edib.
Teleqraf xəbər verir ki, görüş zamanı nazir Suriyada yaşayan druzlara yardım göstəriləcəyini vəd edib.
Katz Suriya druzlarına tibbi yardım göstərmək üçün ordunun çalışacağını bildirib.