AZ

Türk Aerokosmik Sənaye İndoneziyaya 48 ədəd KAAN döyüş təyyarəsi təhvil verəcək

Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) İndoneziyaya 48 ədəd beşinci nəsil KAAN döyüş təyyarəsi tədarük edəcək.

Operativ Media xəbər verir ki, bu barədə məlumat şirkətin "X" sosial şəbəkəsində paylaşılıb.

Qeyd olunub ki, KAAN qırıcılarının İndoneziyaya tədarükünə dair rəsmi müqavilə IDEF müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb.

Bildirilib ki, bu müqavilə Türkiyə tarixində hərbi sənaye məhsullarının ixracı üzrə ən böyük sövdələşmə hesab olunur.

Seçilən
30
operativmedia.az

1Mənbələr