UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı keçiriləcək "Qarabağ"ın cavab oyununa satılmış bilet sayı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matça bu ana qədər 11 000 bilet satılıb.

Qeyd edək ki, biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri iTicket.az-ın satış məntəqələrində (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.