AZ

Moldovalı analitik: Azərbaycanın media forumuna ev sahibliyi Cənubi Qafqazı aparıcı beyin mərkəzlərindən birinə çevirir

Azərbaycanın, ardıcıl olaraq beynəlxalq media forumuna ev sahibliyi Cənubi Qafqaz regionunu dünyanın müasir və aparıcı beyin mərkəzlərindən birinə çevirir.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un Şərqi Avropa bürosuna açıqlama verən Moldovada Siyasi müşahidələr və analitik media mərkəzinin rəhbəri Yan Lisnevskiy bildirib.

Onun sözlərinə görə, Azərbaycan yeni dövr media analitiklərinin toplantı mərkəzinə çevrilir.

"Bu, Şərq ilə Qərb arasında, xüsusilə uzaq Şərqin yaxın Şərq və Avropa ilə körpü rolu oynayan Cənubi Qafqaz əhəmiyyətinin dünyanın nəzərindən qaçmaması üçün vacib amildir. Hazırda dünyada, əsasən də bizim regionda ciddi dəyişikliklər gedir. Bu dəyişikliklər fonunda Avropa üçün Cənubi Qafqazın rolu əvəzsizdir. Bu məsələdə Azərbaycan çox aktiv rol oynayır. Xüsusilə də dünya söz və media mənsublarını mütəmadi toplamaqla dünyanın diqqətini yeni və yuxarıda qeyd etdiyim əhəmiyyətli nöqtəyə çəkir. Bu baxımdan Xankəndidə keçirilən media forum, nəzərə alsaq ki, bu Azərbaycanın suverenliyini yeni bərpa etdiyi ərazidə keçirilir, yeni dünya düzəni üçün əsas müzakirə mərkəzlərindən biri rolunu üzərinə götürür", - o, əlavə edib.

Seçilən
3
4
ikisahil.az

5Mənbələr