AZ

MMA döyüşçüsü aeroport işçisinin çənəsini qırdı - Foto

MMA döyüşçüsü Maksim Kamaldinov Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo hava limanında kriminal insidentin səbəbkarı olub.

Axar.az "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, idmançı aeroportda təyyarənin enişini gözlədiyi vaxt içkili olub və özünü aqressiv aparıb.

Bu zaman "Pobeda" aviaşirkətinin əməkdaşı onu sakitləşdirməyə çalışıb. Lakin döyüşçü həmin şəxsə zərbə endirərək, çənəsini qırıb.

İnsidentdən sonra polislər idmançını tutaraq, bölməyə aparıblar.

Qeyd edək ki, Maksim Kamaldinov MMA-da 2 qələbə qazanıb və 5 heç-heçə edib. O, "Bears FC" və RFCH promouşnlarının təşkil etdiyi döyüşlərdə orta çəki dərəcəsində vuruşub.

Seçilən
45
3
axar.az

4Mənbələr