Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbi məlum olub.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, yanğın ərazidəki elektrik dirəyində baş verən qısaqapanma nəticəsində yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən 4 hektarlıq otlaq sahəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb, alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.