AZ

“Antalyaspor”dan sonra “Neftçi” ilə anlaşdı - İKİLLİK

“Neftçi” qapıçı transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq "ağ-qaralar"ın üzvüdür.

31 yaşlı legionerlə 2 illik müqavilə bağlanıb. Onun son klubu Türkiyədə “Antalyaspor” olub.

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.

O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.

Seçilən
13
26
sportinfo.az

10Mənbələr