sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
PSJ-nin qapıçısı Canluici Donnarumma bu yay Paris klubunu tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Tərəflər hələ də maaşla bağlı razılığa gələ bilmirlər. Bildirilir ki, PSJ futbolçunu bir ildən sonra azad agent kimi tərk etməməsi üçün artıq satmağa hazırdır.
"Tuttomercatoweb"in məlumatına görə, "Qalatasaray" fürsətdən yararlanmaq istəyir. Türkiyə klubu Donnarummanın transferini başa çatdıra biləcəklərinə və italiyalını Türkiyə Superliqasına keçməyə razı sala biləcəklərinə inanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.