Bakı. Trend:
“Neftçi” klubu Bosniya və Herseqovina millisinin qapıçısı KenanPiriçi heyətinə cəlb edib.
Trend xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlıqolkiperlə 2 illik müqavilə imzalanıb.
Karyerası ərzində Belçika, Sloveniya, Yunanıstan, Türkiyə vəKipr çempionatlarında çıxış edən K.Piriç vətənində (2016/17,2017/18) iki dəfə, Sloveniya çempionatında isə (2018/19) bir dəfəçempion olub.
O, həmçinin Bosniya və Herseqovina (2016/17, 2017/18), Sloveniya(2018/19) və Yunanıstan (2023/24) liqalarında mövsümün ən yaxşıqapıçısı adına layiq görülüb.
Qeyd edək ki, Kenan Piriç Bosniya və Herseqovina millisininheyətində 8 oyun keçirib.