"Neftçi" heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu dəfə qapıçı transfer edib. Bosniya-herseqovinalı Kenan Piriçlə 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Piriçin son klubu "Antalyaspor" olub. O, çıxış etdiyi ölkələrdə 4 dəfə mövsümün qapıçısı seçilib.
Təcrübəki çərçivə qoruyucusu yığmasının heyətində 8 oyuna çıxıb.