AZ

İranda məhkəməyə hücum olub, beş nəfər ölüb

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində məhkəmə binasına hücum nəticəsində 5 nəfər həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə “Mizan Online” agentliyi məlumat yayıb.

"Bu terror aktı nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb", - deyə məlumatda bildirilir və bu məlumatların "ilkin" olduğu və qurbanların sayının arta biləcəyi bildirilir. İRNA agentliyinin məlumatına görə, hücum zamanı 3 hücumçu öldürülüb.

Əyalət polisinin sözçüsü Alireza Daliri bildirib ki, hücum edənlər ziyarətçi qiyafəsində binaya girməyə cəhd ediblər.

Onlardan biri içəriyə qumbara ataraq, digərləri ilə yanaşı, bir yaşlı uşağı və anasını da öldürüb.

KİV-in məlumatına görə, hücuma görə məsuliyyəti “Ceyş əl-Adl” qruplaşması öz üzərinə götürüb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
icma.az

1Mənbələr