Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin üzvü Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Qeyd edək ki, Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008-2013-cü illərdə Sabunçu rayonundakı 80 nömrəli, 2013-2017-ci illərdə isə 322 nömrəli tam orta məktəblərdə təhsil alıb. 2017-2018-ci illərdə 5 nömrəli Peşə Liseyində “İşıq operatoru” ixtisası üzrə təhsil alıb.
O, 2020-ci il oktyabrın 6-da Ağdərə uğrunda döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.