AZ

Flamenqo Juninyoya daha bir rəqib transfer etmək istəyir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Braziliyanın "Flamenqo" klubu "Arsenal"ın hücumçusu Qabriel Jezusla maraqlanır.

Oxu.Az "RTI esporte" saytına istinadən xəbər verir ki, braziliyalılar London klubuna təkliflə müraciət etməyə hazırlaşırlar.

28 yaşlı forvardın "Arsenal"la müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. "Transfermarkt" oyunçunun dəyərini 32 milyon avro olaraq qiymətləndirir.

Jezus dizindəki çarpaz bağın yırtılması səbəbindən 2024/25 mövsümünün çox hissəsini buraxıb. O, 27 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Flamenqo"da hücumçu mövqeyində "Qarabağ"dan transfer olunmuş Olavio Juninyo da çıxış edir. Jesuz kimi güclü forvardın transferi Juninyonun əsas heyətdə çıxmaq şanslarını xeyli azaltmış olur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
oxu.az

2Mənbələr