Bakı. Trend:
Cari ilin yanavr-iyun aylarında Azərbaycana 13,5 min ton kərəyağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulunidxalına çəkilən xərc 94,6 milyon ABŞ dolları olub.
kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ötən ilineyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 45 ton və ya 0,3%,dəyər ifadəsi ilə 23,6 milyon ABŞ dolları, yaxud da 33,2%artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycana 13,5 min tonmiqdarında, 71 milyon ABŞ dolları dəyərində kərə yağı və süddənhazırlanmış digər yağlar idxal edilmişdi.
Qeyd edək ki, bu məhsulların idxalı cari ilin birinci yarısınınümumi idxalının 0,82%-ini təşkil edib.