AZ

"Mançester Yunayted" və "Bavariya" onu hədəflədilər

style='margin-bottom:10px;'>

“Mançester Yunayted” və “Bavariya” “Brann”ın müdafiəçisi Eyvinn Hellannla maraqlanırlar.

QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

İngiltərə klubunun skautları iyul ayında “Vikinq”ə qarşı keçirilən oyunda (3:1) 20 yaşlı futbolçunu canlı izləyiblər. Münhen təmsilçisi isə oyunçunu Norveçin gənclər yığmasının qarşılaşmalarında müşahidə edib.

Bildirilir ki, “Mançester Yunayted” Hellannı 32 yaşlı Harri Maquayrın yerinə uzunmüddətli əvəzləyici kimi nəzərdən keçirir. “Bavariya” isə onu müdafiənin mərkəzində seçim imkanlarını genişləndirmək üçün transfer etmək istəyir.

Qeyd edək ki, Hellann ötən mövsüm “Brann”ın heyətində 19 oyunda iştirak edib və 1 qolun ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr