AZ

Sərhəddə şiddətli döyüşlər gedir: Tailandın məqsədi budur

Tailand Kambocada ilkin münaqişə zonasından kənar ərazilərdə hücum əməliyyatlarını genişləndirib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Mali Soçeat bildirib.

Qeyd edək ki, iyulun 24-dən Tailand qoşunları təkcə Kamboca hərbi mövqelərinə deyil, həm də mülki hədəflərə, o cümlədən məktəblərə, yanacaqdoldurma məntəqələrinə və yaşayış məntəqələrinə zərbələr endirir. Bu hücumlarda ağır silahlar və hərbi texnika, o cümlədən "F-16" döyüş təyyarələri və kaset bombalarından istifadə edilib.

Tayland, həmçinin Kambocanın Kahkonq və Pausat əyalətləri ilə həmsərhəd olan Trat və Çantaburi əyalətlərinin bir hissəsində hərbi vəziyyət elan edib və Bonthei Miençi əyaləti ilə sərhədə əlavə qoşun, silahlar yerləşdirib.

"Bu hərəkətlər Tailandın münaqişəni genişləndirmək və Kambocanın suverenliyini pozmaq niyyətini açıq şəkildə nümayiş etdirir", - deyə Kamboca Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.

Seçilən
50
publika.az

1Mənbələr