"Karvan" klubu heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Vadim Abdullayevi heyətinə qatıb. 30 yaşlı futbolçu ilə 1 mövsümlük müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

V. Abdullayev son olaraq "Araz-Naxçıvan"da çıxış edib. O, Azərbaycan Premyer Liqasında ümumilikdə 116 meydanda olub.