Qərb ölkələri Rusiyaya hücum etməyə hazırlaşır.
Yenisabah.az aif.ru-ya istinadla xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.
Siyasətçinin sözlərinə görə, bu, NATO rəsmilərinin düşünülmüş bəyanatlarından irəli gəlir: Toyuqlu pizza
"Qərb tez-tez deyir ki, 2030-cu ilə qədər Rusiyanın hücumuna hazırlaşmalıdırlar. Amma ağlı başında olan heç kəs bunun baş verəcəyini təsəvvür edə bilməz. Rusiyanın NATO ölkələrinə, ABŞ-a hücumu məntiqi baxımdan mümkün deyil. Əslində, bu, tam tərsinədir. Əgər israrla Rusiyanın hücum edəcəyini deyirlərsə, bu, o deməkdir ki, onların özləri belə bir hərəkət planlaşdırmırlar".
Azarovun fikrincə, bu məqsədə çatmaq üçün Qərb dövlətləri Ukraynada Vladimir Zelenskidən sonra hakimiyyətə anti-Rusiya liderlərini gətirməyə çalışacaqlar.
Telegram kanalımız