AZ

“İxtisas seçimlərinə kodlaşdırmanı fantastik qiymətə edən müəllimlər var”-repetitordan ETİRAZ

"İxtisas seçimi abituriyentlər üçün vacib seçim mərhələlərindən biridir. Çünki bu seçimlə şagird öz gələcəyini və arzularını müyyənləşdirir. Abituriyent öncə topladığı bala uyğun ixtisas seçimini edərsə, ali məktəbə qəbul olmaq şansını daha əlçatan edə bilər. Bəzən şagirdlər tapladığı balı nəzərə almadan seçimlər edir ki, sonda qəbul ola bilmirlər. Əsas məsələlərdən biri də budur ki, hər il DİM ali məktəbə qəbul imtahanlarında şagirdlərin topladığı balların  ümumi statistik məlumatlarını dərc edir. Yaxşı olardı ki, şagirdlər bu statistik məlumatlarla tanış olsunlar və ötən tədris ilində universitetlərə keçid ballarını nəzərə alaraq təxmini də olsa, seçimi həmin ballara uyğunlaşdırsınlar. Məncə, o zaman abituriyent tələbə adını rahatlıqla qazana bilər”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan dili və Ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov deyib. O daha sonra Dövlət İmtahan Mərkəzinin ixtisas kodlaşdırılması ilə məşğul olan bəzi müəllimləri “dəllar” adlandırmasına münasibət bildirib:
 
“Məsələyə o cür yanaşmayaq, əgər şagird Dövlət İmtahan Mərkəzinin seçim mərhələlərinə aid jurnalları diqqətlə oxusa, ordakı tövsiyələri nəzərə alsalar, burada çətin bir proses  yoxdur. Sadəcə, abituryenlər bir az özlərinə əziyyət verib həmin jurnallarla tanış olsalar, öz seçimlərini rahatlıqla edə bilər və istədikləri ali məktəblərə daxil ola bilərlər. Amma abituriyent və ya valideyn bu işi özləri görmürsə, demək qarşılığında nəsə verməlidir ki, həmin işi başqası görsün. Burda başqa bir məsələ də var, bu işi görənlər bəzən bunun qarşılığında fantastik qiymətlər səsləndirirlər, bu, doğru deyil” deyə o bildirib.
 
Muradxan Hüseynov “bunker müəllim” anlayışına da aydınlıq gətirib:
 
“O tendensiya yavaş-yavaş öz əhəmiyyətini itirir. Düzdür, indi də "bunker müəllimi" axtaran valideynlərə rast gəlmək olar. Amma valideyn bir şeyi anlamalıdır ki, övladı əziyyət çəkməsə, oxumasa, gələcəkdə bir peşəyə yiyələnməyi də çox çətin olacaq. Heç bir müəllim öncədən şagirdə bu suallar hökmən düşəcək, bunu öyrən deyə bilməz. Bu çox absurd bir məsələdir və kökündən yanlışdır. DİM-in və Elm və Təhsil Nazirliyinin ali məktəblərə qəbul  pqroqramı var, suallar həmin proqrama uyğun hazırlanır. Həmin sullar da ekspertlər tərəfindən yoxlanılır və konfidensial ciddi şəkildə gözlənilir” deyə o bildirib.
Seçilən
4
moderator.az

1Mənbələr