AZ

Konqresmenlərin “canfəşanlığı”, Ermənistanın uçuruma sürüklənməsi- Mövqe

“Son iki ilə yaxındır ki, heç bir vasitəçinin iştirakı olmadan Ermənistanla Azərbaycan  arasında sülh danışıqlarında  daha ciddi uğurlar əldə edilib. Artıq tərəflər şifahi şəkildə sülh sazişinin bütün müdəalarında  razılıq əldə edib. Hazırda  bölgədə dayanıqlı sülhün təmin edən detalların həlli istiqamətində müzakirlər getməkdədir. Dayanıqlı sülühn əldə edilməsində də tərəflər arasında müəyyən anlaşma mövcuddur. Artıq İrəvan tərəfi də anlamağa başlayır ki, Bakının şərtlərindən kənar istənilən variant iflasa məhkumdur. İyulun 10-da  Əbu-Dabidə  üçüncü tərəfin iştirakı olmadan  keçirilən təkbətək və geniş tərkibli görüşün nəticələri bunu deməyə əsas verir. Vasitəçisiz görüşlərdə  sülh danışıqlarında irəliləyişlərin əldə edilməsi təbii ki, Cənubi Qafqazda  sülhün əldə edilməsində maraqlı olmayan, xüsusən də erməni lobbisinin təsiri altında olan anti-Azərbaycan gücləri naraht edir və onlar  prosesi pozmaq üçün ən müxtəlif təxribatçı hərəkətlərə əl atırlar.

ABŞ-dan olan 87 konqresmenin ermənilərin Qarabağa qayıtmasına dəstək verməsi barədə Prezident Donald Trampa müraciəti  hansısa humanitar məqsədlərə deyil,  bölgədə hər vəchlə süni gərginliyin və  yenidən münaqişə ocağının yaranmasına xidmət edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki,  ermənipərəst konqresmenlərin Ermənistan-Azərbaycan münaqişəsində  dırnaqrası aktiv fəaliyyəti  hamıya bəllidir. “Hələ 80-ci illərin sonunda   erməni lobbisinin təsiri altında olan bir qrup amerikalı konqresmenin  Azərbaycana qarşı qərəzli mövqe tutan SSRİ rəhbərliyinə müraciəti,  1992-ci ildə ABŞ Konqresinin  “Azadlığa dəstək aktı” deyilən sənədə 907-ci düzəlişi qəbulməsində oynadığı  hamıya bəllidir. Bu qüvvələr Co Bayden administrasiyası zamanı da aktiv idi. Lakin Donald Trampın  yenidən prezident seçilməsindən sonra  bir müddət sakit dayansalar da, İrəvanla Bakı arasında sülh danışıqlarında əldə edilən razılşamlardan narahat olaraq yenidən “aktivləşməyə” başlayıblar.
 Məqsəd isə aydındır. 

Birincisi, cənab Prezident İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunda  ABŞ prezidenti Donald Tramp haqqında, xüsusən də  “Vaşinqton bataqlığı”nı qurutmaq barədə  səsləndirdiyi erməni  lobbisini ciddi narahat etməyə başlayıb.
İkincisi, Trampın yenidən prezident seilməsindən sonra Vaşinqton-Bakı arasında  münasibətlərində  yaranan müsbət  tendensiyanın, xüsəsən də ABŞ və Azərbaycan prezidentləri arasındakı isti münasibətə kölgə salaraq ikitərəfli əlaqələrə mane olmaq;
Üşüncüsü, Azərbaycana təzyiq  edib  güzəştlərə vadar etmək.
Dördüncüsü, təbii ki, burada Ermənistan tərəfinin də marağı var. 
 Lakin  ermənipərəst  qüvvələr anlamalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra  Azərbaycanın bölgədə yaratdığı reallığı dəyişmək qeyri-mümkündür. Azərbaycan cənab Prezident İlham Əliyevin  milli və dövlətçilik maraqlarına əsaslanan siyasəti ilə addım-addım hədəflərə nail olmaqdadır. Dünya, o cümlədən ABŞ-ın indiki rəhbərləyi də bu reallığı  dərk edir və buna uyğun da siyasətini qurur. Hamı yaxşı anlayır ki, hər hansı ölkə Cənubi Qafqaz və Mərkəzi  Asiyada maraqlarını təmin etmək istəyirsə, o zaman  Azərbaycanın yaratdığı reallığa uyğun addım atmalıdır. 

Amerikalı konqresmenlər, ümumiyyətlə  Ermənistanın havadarları  anlamalıdırlar ki, Azərbaycana qarşı bu cür təxribatçı cəhdlərin heç bir nəticəsi olmayacaq. Necə ki, indiydək bütün təxribatçı cəhdləri iflasa uğrayıb, bundan sonra iflasa uğrayacaq.   İstər  ermənipərəst olan amerikalı konqresmenlərin, istərsə də digər havadarların bu cür “aktivliyi” “canfəşanlığı”  ermənilərin və Ermənistanın  xeyrində deyil, əksinə bu,  erməniləri növbəti  uçuruma  və uğursuzluqlara sürükləyir. Əgər onlar doğrudan da Ermənistana dəstək verib ürək yandırmaq istəyirlərsə, o zaman erməniləri uçuruma yuvarlayan  belə təxribatçı     hərəkətlərdən əl çəkməlidirlər”.

Mürtəza

Seçilən
38
1
olke.az

2Mənbələr