Norveçli mütəxəssisin qərarı ilə 4 futbolçu - Əmir Haciahmetoviç, Əl-Musrati, Jan Onana və Bəxtiyar Zaynutdinova özlərinə yeni klub tapmaları məsləhət görülüb. Bu barədə artıq onların menecerinə də məlumat ötürülüb. İstanbul nəhənginin bu 4 futbolçuya görə ümumilikdə 23 milyon avro ödəməsi diqqət çəkir.
Bu arada yüksək maaş alan bu oyunçuların ''qartal''dan ayrılmağa həvəsli olmadıqları məlum olub. Xüsusilə də transferinə 12 milyon avro xərclənən və gəldiyi dönəmdə klub tarixinin ən bahalı futbolçusuna çevrilən Əl-Musrati rəhbərliklə çox sərt danışıb. Ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Monako''da keçirən və ''Beşiktaş''la hələ 2027-yə qədər müqaviləsi olan bu futbolçu rəhbərliyə bunları deyib:
''Braqa''da xoşbəxt idim. Portuqaliyada hər şeyimi buraxıb ''Beşiktaş''a gəldim. Sizə lazım deyiləmsə, mənim ikiillik pulumu ödəyin. Ancaq bu şərt qarşılığında ayrılmağa razıyam''.
Belə görünür ki, bu futbolçular ayrılana qədər klub ciddi problemlər yaşayacaq. Əvvəlki illərdə də ''ağ-qaralar'' bəzi futbolçularla bu cür çətinliklər yaşamışdı. Əl-Musratidən başqa ''Beşiktaş'' Zaynutdinovu ÇSKA-dan 4,5 milyon avroya, Onananı ''Lans''dan 4 milyon avroya, Haciahmetoviçi ''Konyaspor''dan 3,2 milyon avroya transfer edib.