AZ

Sabirabadda su kanalında boğulan gəncin meyiti tapılıb

Sabirabad, 26 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib. Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün saat 16 radələrində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
41
17
azertag.az

10Mənbələr