Qarşıdakı mövsümdə Misli Premyer Liqasında çıxış edəcək "Karvan" yeni transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Yevlax klubu Vadim Abdullayevin keçidini bəyan edib.
30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, yarımmüdafiəçi son olaraq “Araz Naxçıvan”ın formasını geyinib.