AZ

Ferstappen Belçika Qran-prisində sprint yarışın qalibi oldu

İyulun 26-da "Formula-1" üzrə dünya çempionatında Belçika Qran-prisinin sprint yarışı baş tutub.

Avtosfer.az xəbər verir ki, Spa şəhərciyində Arden dağlarının ətəyində salınmış avtodromda baş tutan 2025-ci il mövsümünün 13-cü mərhələsinin sprint yarışında "McLaren" komandasının pilotu Oskar Piastri pouldan start alıb.

Amma artıq 4-cü döngəyə qədər mövsümün liderini "Red Bull" komandasından Maks Ferstappen qabaqlaya bilib. Sürücülər 15 dövrədən ibarət olan yarışı elə bu ardıcıllıqla da başa vurublar. Podiumun son pilləsinə isə "McLaren" komandasının britaniyalı sürücüsü Lando Norris qalxıb.

Bir neçə saatdan sonra Belçika Qran-prisinin əsas sıralanma turu baş tutacaq. Sabah isə əsas yarışla həftəsonuya yekun vurulacaq.

Seçilən
49
1
avtosfer.az

2Mənbələr